Keniyanın baş komandanı helikopter qəzasında öldü - Yenilənib

keniyanin-bas-komandani-helikopter-qezasinda-oldu
Oxunma sayı: 1502

Keniyada ölkənin Müdafiə Qüvvələrinin rəhbəri Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Nation” nəşri məlumat yayıb.

Hadisənin Qərbi Pokot rayonu sərhədində baş verdiyi bildirilib.

Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Nəşr qeyd edir ki, helikopter havaya qalxdıqdan dərhal sonra qəzaya düşüb.

***

Keniya Prezidenti Uilyam Ruto ölkənin müdafiə qüvvələrinin rəhbəri Frensis Oqolla və daha 9 zabitin Elgeyo Marakvet rayonunda helikopterin qəzaya uğraması nəticəsində həlak olduğunu açıqlayıb.