“Kimsə evinin pulunu mənə verməyib” - Samir Abasov təzminatdan danışdı

kimse-evinin-pulunu-mene-vermeyib
Oxunma sayı: 2010

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov klubdan ayrılarkən aldığı təzminatdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, “CBC Sport”da gedən “90 dəqiqə” verilişində bu məsələnin niyə çox müzakirə olunmasını anlamadığını bildirib.

“Təzminat məsələsi həddindən artıq çox danışıldı. Bunun səbəbini bilmirəm. Kimsə evinin pulunu mənə verməyib. Öz haqqımı almışam. Niyə belə ajiotaj yaratdı, bilmirəm. Məndən əvvəl də məşqçilər olub, dünya futbolunda da bu təcrübə var. Kim zəng edirdisə, sonda soruşurdu ki, təzminat məsələsi necə oldu? Bu mənimlə “Neftçi”nin arasında olan şeydir”, - S.Abasov deyib.