Kobe Brayantın forması 7 milyon dollara satıldı

kobe-brayantin-formasi-7-milyon-dollara-satildi
Oxunma sayı: 1842

“Los Anceles Leykers”in əfsanəsi Kobe Brayantın forması hərraca çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, helikopter qəzasında həlak olan ulduz idmançının forması 7 milyon dollara satılıb. 

Bu məbləğin Brayant kolleksiyası üçün rekord olduğu və onun MVP seçildiyi 2007-08 mövsümündə imzaladığı forması üçün ödənilən 5,85 milyon dolları ötdüyü qeyd edilir.

Xatırladaq ki, əfsanəvi basketbolçu 5 qat MBA çempionudur. O, həmçinin ABŞ komandasının tərkibində iki dəfə Olimpiadada qələbə qazanıb. Kobe 1996-2016-cı illərdə “Los Anceles Leykers”də çıxış edib. 26 yanvar 2020-ci ildə helikopter qəzasında dünyasını dəyişib.