Koçaryanın həbsdən buraxılmasına qərar verildi

kocaryanin-hebsden-buraxilmasina-qerar-verildi
Oxunma sayı: 1744

Ermənistanın Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın 2 milyard dram girov qarşılığında azadlığa buraxılması barədə qərar qəbul edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Arsen Nikoqosyanın sədrliyi ilə keçirilən məhkəmədə vəkil Ovannes Xudoyanın şikayəti tam, Ruben Saakyanın vəsatəti isə qismən təmin edilib.

“Təqsirləndirilən şəxs Robert Koçaryan haqqında həbs qətiimkan tədbirinin ləğvinə və bunun qarşılığında 2 milyard dram girov qoyulmasına qərar verildi”, - deyə Nikoqosyan bildirib.

Qeyd edək ki, bugünkü iclasda Koçaryan iştirak etməyib.

Xatırladaq ki, Robert Koçaryan 1 mart 2008-ci il aksiyalarının dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində konstitusion quruluşu pozmaqda ittiham olunur. O, 2018-ci ildə 2 dəfə həbs edilib. 2019-cu il iyunun 25-də isə üçüncü dəfə həbs olunub.