Kollec direktoru işdən çıxarıldı

kollec-direktoru-isden-cixarildi
Oxunma sayı: 2724

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. 

Nəticədə qurumun 4 aprel 2024-cü il tarixli əmri ilə kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.