Köməkçisinin qeyri-etik hərəkətindən danışdı - Video

komekcisinin-qeyri-etik-hereketinden-danisdi
Oxunma sayı: 2445

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas köməkçisi Valerio Zuddasın etdiyi qeyri-etik jestdən sonra “Qarabağ”la matç zamanı yaranan gərginliyi müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda oyundan sonra keçirilən mətbuat konfransında danışıb.

- Köməkçiniz Azərbaycan futbolunun əfsanələrindən biri Müşfiq Hüseynova qeyri-etik jest etdi. Onu cəzalandıracaqsınız?

- Əlbəttə. Biz orada qarşı tərəfdən üzr istədik. Mən o epizodu görməmişdim. Çünki oyuna köklənmişdim. Amma sonra gördüm dava düşüb. Biz “Sabah” olaraq bu cür hərəkətlərə qarşıyıq.