Təl-Əvivdə raket zərbələrinin ardından böyük dağıntılar müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, yayılan görüntülər şəhərdə raket zərbələrinin yaratdığı dağıntıların miqyasını ortaya qoyur.
Küçələrdə binaların uçduğu, hər yerdə dağıntı qalıqları və toz buludlarının hökm sürdüyü müşahidəedilir. Şəhər sakinləri və xilasetmə qrupları dağıntılar arasından keçərək, ətrafı araşdırır və yaralılara yardım etməyə çalışır.
İsrail Müdafiə Qüvvələri (IDF) hadisə yerində xilasetmə və təhlükəsizlik işlərini davam etdirir. Raket zərbələrinin səbəb olduğu dağıntılar şəhərin mərkəzində həyatı əhəmiyyətli dərəcədə çətinləşdirib.
İlkin məlumatlara görə, bir neçə nəfər ağır yaralanıb, yardım qrupları xəsarət alanları müəyyən etməyə çalışır.
Şəhərdə vəziyyət hələ də gərgin olaraq qalır.
Son xəbərlər
Son Xəbərlər