İran Təl-Əvivi ballistik raketlərlə vurdu

iran-tel-evivi-ballistik-raketlerle-vurdu
Oxunma sayı: 921

Təl-Əviv İranın ballistik raket zərbəsinə məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumatlara görə, zərbə nəticəsində ən azı 20 nəfər yaralanıb.

Onlardan bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti isə orta səviyyədədir.

Bildirilir ki, İsrail təhlükəsizlik və xilasetmə qüvvələri hadisə yerində xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edilir ki, İsrailin mərkəzi bölgələrində sirenalar səslənir, İsrail Müdafiə Qüvvələri isə raketləri məhv etmək üçün aktiv fəaliyyət göstərir.