“Kontakt” şəhid əməkdaşı Aslan Rzayevin xatirəsinə turnir təşkil etdi - Fotolar+Video

kontakt-sehid-emekdasi-aslan-rzayevin-xatiresine-turnir-teskil-etdi
Oxunma sayı: 997

Ölkənin aparıcı riteyl şəbəkələrindən olan “Kontakt” şəhid əməkdaşı Aslan Rzayevin xatirəsinə daxili futbol turniri keçirdi.

“Aslan ürəkli” adlanan futbol turnirində şəbəkənin əməkdaşlarından ibarət 30-dan çox komanda iştirak edib. Oktyabrın 4-ü keçirilən final görüşdündə “Gəncə” mağazasının təmsilçiləri “Mebel” şöbəsinin təmsilçiləri olan “Aslanlar” komandası ilə üz-üzə gəlib. “Aslanlar” komandası 5:1 hesabı ilə qalib gələrək turnirin kubokunu qazanıblar.

Qeyd edək ki, final günü qızıl medal qazanan tək qalib komanda olmadı. Eləcə də, oyuna baxmağa gələn Aslan Rzayevin iki yaşlı oğlu da birincilik medalını apardı.

Aslan Rzayevin xatirəsi bizim üçün olduqca əzizdir və onu heç bir zaman unutmayacağıq” – deyə şəbəkənin rəsmi Facebook səhifəsində qeyd edilib.