Koronavirus peyvəndinə ehtiyac olmaya bilər - Çinli alimlərin yeni kəşfi

koronavirus-peyvendine-ehtiyac-olmaya-biler
Oxunma sayı: 4449

Çinli alimlər koronavirus pandemiyası dövründə xəstələrin sağalma dövrünü qısaldan yeni dərman kəşf etdiklərini açıqlayıblar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Pekin Universitetinin araşdırmalarına əsasən, dərman ilin sonunadək istifadəyə hazır olacaq. Üstəlik, bu dərman Covid-19-dan sağalan xəstələrdə qısamüddətli də olsa immunitet yaradacaq. Alimlər sözügedən dərmanın peyvəndin tapılmasına ehtiyac qalmadan pandemiyanın qarşısını alacağını iddia ediblər.

Dərman vasitəsi artıq heyvanlar üzərində sınaqdan keçirilib və müsbət nəticə verib.