Kreml Əliyevlə Putinin telefon danışığını vacib adlandırdı

kreml-eliyevle-putinin-telefon-danisigini-vacib-adlandirdi
Oxunma sayı: 5778

Kremlin rəsmi sözçüsü Dmitri Peskov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığını vacib adlandırıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, D.Peskov bu barədə brifinqdə danışıb. 

“Prezident İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib. Söhbət zamanı digər məsələlər də müzakirə edilib. Bu, çox vacibdir”, - Peskov bildirib. 

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng edib. Dövlət başçısı rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib.