KTMT-nin Baş katibi İrəvanda səfərdədir

ktmt-nin-bas-katibi-irevanda-seferdedir
Oxunma sayı: 1296

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Tasmaqambetovun İrəvana səfərində məqsəd KTMT-nin Minskdə keçirilən sammitinin yekunlarını müzakirə etməkdir. 

Məlumata görə, sözügedən sammit zamanı sənədlər paketi qəbul edilib. Ermənistan nümayəndə heyəti sammitdə iştirak etmədiyindən sənədləri imzalamayıb. 

Baş katibin, həmçinin Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla da görüşü planlaşdırılır. 

Xatırladaq ki, son zamanlarda Ermənistan nümayəndə heyəti KTMT iclaslarına qatılmaqdan imtina edib. KTMT-yə Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.