KTMT-yə sədrlik Qazaxıstana keçib

ktmt-ye-sedrlik-qazaxistana-kecib
Oxunma sayı: 1947

Yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Qazaxıstana keçib.

“Qafqazinfo” xəbər verir ki, 2023-cü ildə təşkilata Belarus sədrlik edib. 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daha əvvəl ölkəsinin KTMT-yə sədrliyinin prioritetlərini açıqlamışdı. Onun sözlərinə görə, təşkilat 2024-cü ildə BMT və onun strukturları, eləcə də MDB və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını davam etdirməlidir. 

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.