Kürdəmirdə yanğın olub - Video

kurdemirde-yangin-olub
Oxunma sayı: 2662

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Şilyan kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 3 ha sahədə kol-kos və 1 ədəd elektrik dirəyi qismən yanıb.

Ərazidə yerləşən nasosxana və ətraf sahələr yanğından mühafizə edilib.