Kütləvi davada 4 yeniyetmə bıçaqlandı - Saxlanılanlar var

kutlevi-davada-4-yeniyetme-bicaqlandi
Oxunma sayı: 4379

Noyabrın 28-i gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisində kütləvi dava olub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.