Laçın, Zabux və Füzulidə daha bir ilk yaşandı

lacin-zabux-ve-fuzulide-daha-bir-ilk-yasandi
Oxunma sayı: 2462

Xəbər verdiyimiz kimi, DİM bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu gün həmçinin işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçirilib.

Belə ki, imtahan ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəbində, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə baş tutub.