“Lap uşaqdan betər ağlayırdı o”

lap-usaqdan-beter-aglayirdi-o
Oxunma sayı: 1578


Desələr onu da əyilən gördük,

Dünən dediyini bu gün danırdı.

Desələr dərsini yaxşıca verdik,

Gülüb üzümüzə yaltaqlanırdı,

İnanma əzizim…

İnanma buna.


Bir sınmış ağacın önündə çöküb,

Desələr budağı bağlayırdı o.

Bir solmuş çiçəyi min dəfə öpüb,

Lap uşaqdan betər ağlayırdı o,

Sən inan əzizim,

Sən inan buna.


Birinin haqqını aldılar əldən,

Desələr daş kimi susub baxırdı.

Heykələ dönmüşdü durduğu yerdə,

Səsini içinə qısıb baxırdı.

İnanma əzizim,

İnanma buna.