Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərinə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lavrovun Antalyada diplomatik forumda iştirak edəcəyi və türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparacağı bildirilir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, görüşlərdə beynəlxalq gündəliyin əsas məsələləri, həmçinin Yaxın Şərq, Şimali Afrika və Qara dəniz regionunda vəziyyət müzakirə olunacaq.