“Türkiyə ilə sərhəddən, yəni Sədərəkdən Ordubada qədər, həmçinin Naxçıvan şəhəri və Şahbuz əhatə olunmaqla fiber-optik magistralın inşası işlərinin I mərhələsi yekunlaşıb”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - nazir vəzifəsini icra edən Rahid Ələkbərli Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.
R.Ələkbərli qeyd edib ki, artıq inşaat işlərinin satın alınması başa çatıb: “Layihənin inkişafı üzrə ayrılan büdcə 4 milyon manata yaxındır və demək olar ki, xərclənib. Söhbət 16 terabit saniyə tutumu daşıya biləcək infrastrukturdan gedir. Bu tutum təkcə muxtar respublika üçün deyil, həm də regional və beynəlxalq tranzit trafiklərinin daşınması üçün hesablanıb”, - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, Naxçıvanda İKT sahəsində inkişaf məqsədilə Data Mərkəzinin layihələridilməsi işlərinə başlanılıb: “Bu təxirəsalınmaz layihələrdən biridir. Dövlət proqramı çərçivəsində görülür. İlkin olaraq maliyyə və satınalma proseslərinin bir hissəsi həyata keçirilib. Layihələndirmə yekunlaşıb. Yəqin ki, tezliklə təməlqoyma mərasimi olacaq”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər