“Lazımı qədər davam edəcəyik” - Netanyahudan ilk açıqlama

lazimi-qeder-davam-edeceyik
Oxunma sayı: 4833

“İrana zərbələr endirməkdə məqsəd İsrailə qarşı təhlükəni aradan qaldırmaqdır”​.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir vurğulayıb ki, əməliyyat nə qədər lazım olsa, o qədər davam edəcək:

“Cəsur pilotlarımız İran boyu çox sayda hədəfə hücum edir. Lazım olduğu qədər davam edəcəyik”.

İRNA partlayış səslərinin xüsusilə Tehranın şərqindən, qərbindən və mərkəzindən gəldiyini açıqlayıb.

Ağ Ev isə  ABŞ-nin əməliyyata daxil olmayacağını açıqlayıb.