Lənkəranda ağır qəza, polis əməkdaşı öldü, 7 nəfər yaralandı

lenkeranda-agir-qeza-polis-emekdasi-oldu-7-nefer-yaralandi
Oxunma sayı: 5821

İyulun 15-də saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi “Mitsubishi Pojero” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ölüb, avtomobildə  olan 7 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan ikisi azyaşlıdır. 

Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.

Faktla bağlı araşdırma aparılır.