Livanda partlayışla bağlı 16 nəfər həbs edildi

livanda-partlayisla-bagli-16-nefer-hebs-edildi
Oxunma sayı: 2088

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışlarla əlaqədar limanın 16 əməkdaşı həbs edilib.

“Qafqazinfo” bildirir ki, bu barədə “AFP” ölkənin Hərbi Məhkəməsinə istinadən xəbər verib.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında güclü partlayışlar baş verib. Ən son məlumata görə, 137 nəfər vəfat edib, 5 minə yaxın şəxs zərər çəkib, onlarla insan itkin düşmüş sayılır.