“Liverpul”un keçmiş futbolçusu vəfat etdi

“Liverpul”un keçmiş futbolçusu vəfat etdi
Oxunma sayı: 1018

İngiltərə milli komandasının və “Liverpul” klubunun keçmiş futbolçusu Rocer Hant vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, keçmiş hücumçu 83 yaşında həyatla vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
1958-1969-cu illərdə “Liverpul”un formasını geyinən Hant 244 qol vurmağı bacarıb. İki dəfə İngiltərə çempionu olmuş mərhum futbolçu, 1966-cı ildə keçirilən dünya çempionatının qalibi olub.