Macarıstan Ərdoğanın Nobelə namizədliyini dəstəklədi

Macarıstan Ərdoğanın Nobelə namizədliyini dəstəklədi
Oxunma sayı: 1604

Macarıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə bağlı danışıqlarda vasitəçilik səylərinə görə Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini dəstəkləyir.

“Qafqazinfo” “UrduPoint” portalına istinadən xəbər verir ki, bunu Macarıstanın XİN rəhbəri Peter Siyatro türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Ərdoğanın və Mövlud Çavuşoğlunun səyləri sayəsində “taxıl sazişi” bağlanıb: “Biz Türkiyədən vasitəçilik səylərini davam etdirməyi xahiş edirik”.