Mağazada 22 yaşlı satıcı boynundan bıçaqlandı

magazada-22-yasli-satici-boynundan-bicaqlandi
Oxunma sayı: 2302

Sumqayıtda mağazada satıcıya hücum edilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Mağazada satıcı işləyən 22 yaşlı Aqil Hüseynov müştərilərdən biri tərəfindən boynundan bıçaqlanıb.

Satıcı yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.