Mahir qol vursa da, komandası uduzdu - Video

mahir-qol-vursa-da-komandasi-uduzdu
Oxunma sayı: 555

Millinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv”da növbəti qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk” komandasına qarşı görüşdə fərqlənib.

Qarşılaşmada hesabı birinci dəqiqədə “Hayduk”un futbolçusu Ron Raçi açıb. “Rakuv” 61-ci dəqiqədə Məhəmməd Lamin Diabinin penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Həmçinin Mahir Emreli də matçda adını tabloya yazdırmağı bacarıb.

Qeyd edək ki, qarşılaşma 94-cü dəqiqədə Rokas Pukstasın vurduğu qolla “Hayduk”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İki oyunun nəticəsinə əsasən, Xorvatiya təmsilçisi ümumi hesabla (5:4) qələbə qazanaraq Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.