Mahirin qolu ilə “Legiya” “Lester”ə qalib gəldi - Yenilənib+Video

mahirin-qolu-ile-legiya-lestere-qalib-geldi
Oxunma sayı: 8735

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Varşava təmsilçisi  C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə “Lester”ini qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. 24 yaşlı hücumçunun start heyətdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, ilk turda Moskva “Spartak”ını 1:0 hesabı ilə məğlub edən “Legiya” hazırda C qrupunda liderdir. 

30 sentyabr

20:45. “Legiya” (Polşa) – “Lester” (İngiltərə)

***

Mahir Emreli matçın 31-ci dəqiqəsində oyunun və komandasının ilk qolunu vurub.

***

Matç bitdi.