Mahirin yeni klubu və “10” nömrə... - Foto

mahirin-yeni-klubu-ve-10-nomre
Oxunma sayı: 3736

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını yenidən Almaniyada davam etdirəcək.

“Qafqazinfo”nun məlumatına görə, 27 yaşlı hücumçu 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə anlaşıb.

Mahir yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək. Tərəflər arasında 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, M.Emreli son olaraq 2-ci Bundesliqada “Nurnberq”in şərəfini qoruyub.