Malta ilə oyunda dalaşan Antonla Abdulla milliyə çağırılacaq

malta-ile-oyunda-dalasan-antonla-abdulla-milliye-cagirilacaq
Oxunma sayı: 324

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov yığmanın ötən toplanışında dava edən Anton Krivotsyuk və Abdulla Xaybullayevə dəvət göndərəcək.

Bu barədə “Qafqazinfo”ya çalışdırıcı özü məlumat verib.

A.Abbasov bildirib ki, hər iki futbolçu çağırılan heyətdə olacaq.

Qeyd edək ki, adıçəkilən futbolçular iyunun 5-də Maltaya qarşı keçirilən yoldaşlıq görüşündə dava etmişdi. Nəticədə, Ayxan Abbasov onların hər ikisini yığmadan qovmuşdu.

Xatırladaq ki, Azərbaycan yığması iyunun 27-si səfərdə Litva millisi ilə üz-üzə gələcək.