İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın sükanı arxasına argentinalı mütəxəssis Maurisio Poçettino gətirilib. Onunla 2029-cu ilədək müqavilə imzalanıb. Poçettino ABŞ millisindəki fəaliyyətini başa vurduqdan sonra noyabrın 18-də yeni vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, argentinalı mütəxəssis daha əvvəl İngiltərədə “Sauthempton”, “Tottenhem” və “Çelsi” klublarını çalışdırıb. O, ABŞ millisi ilə DÇ-2026-da 1/8 final mərhələsinə yüksəlib.
Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər