Markov Rusiyanı tərk edəcək?

markov-rusiyani-terk-edecek
Oxunma sayı: 3041

Rusiyada xarici agent elan edilən politoloq Sergey Markov ölkəsini tərk etmək niyyətində olmadığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə teleqram kanalında paylaşım edib.

Politoloq qeyd edib ki, Rusiya hökumətinin bütün hərəkətlərini legitim hesab edir və Vladimir Putinin siyasətini dəstəkləyir.

O əlavə edib ki, dövləti məhkəməyə vermək niyyətində deyil və ümid edir ki, üzərindən xarici agent statusu götürüləcək.