Maşın idarəetmədən çıxıb aşdı - Yaralılar var

masin-idareetmeden-cixib-asdi
Oxunma sayı: 566

Kürdəmirdə avtomobil aşıb.

“Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 48 yaşlı Ramil Hüseynov idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Sürücü Ramil Hüseynov, həmçinin avtomobildə olan Pirli kənd sakinləri - 37 yaşlı Maxruq Əliyeva, 16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova və 47 yaşlı Səidə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı