Maşın işıq dirəyinə çırpıldı - Xəsarət alanlar var+Yenilənib

masin-isiq-direyine-cirpildi
Oxunma sayı: 2466

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü və sərnişin xəsarət alıb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevirdə baş vermiş qəza zamanı xəsarət alanların kimliyi məlum olub.

Belə ki, onlar “BMW” markalı avtomobilin sürücüsü, şəhər sakini 1986-cı il təvəllüdlü Zeynalov İmran və sərnişin 2003-cü il təvəllüdlü Əhməd  Əhmədovdur.

Ziya Əmirxanlı