Maşın nənə-nəvəni vurubmuş - Video+Yenilənib

masin-nene-neveni-vurubmus
Oxunma sayı: 7108

Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib.

Bu zaman ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməklə həyatları xilas edilib.

***

Əldə etdiyimiz məlumata görə, Bakının Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin nənə və nəvə olduğu məlum olub.

Hadisə anının görüntülərini təqdim edirik: