“Mazda Azərbaycan”dan xüsusi kampaniya

mazda-azerbaycandan-xususi-kampaniya
Oxunma sayı: 2447

Yaponiyanın tanınmış avtomobil brendinin Azərbaycanda rəsmi satış təmsilçisi, ölkənin avtomobil bazarında qabaqcıl şirkətlərdən olan “Mazda Azərbaycan” yeni kampaniya elan edib. 

“Qafqazinfo” xəbər verir ki, şirkət sərfəli şərtlərlə avtomobil almaq arzusunda olan, avtomobillərini yeniləmək istəyənlərə əla fürsət yaradıb. 

Kampaniyaya əsasən, buraxılış ili 2023-2024-cü il olan “Mazda” avtomobillərini indi alanlar “Mazda Servis Mərkəzi”ndə ödənişsiz texniki qulluq xidməti paketindən yararlanacaqlar.

Belə ki, 3 il müddətində və ya 100 000 km-ə qədər avtomobilə peşəkar ustalar tərəfindən ödənişsiz kompleks texniki qulluq olunacaq.

Qeyd edək ki, kampaniya yalnız rəsmi olaraq “Mazda Azərbaycan”dan alınan avtomobillər üçün keçərlidir.

“Mazda” avtomobillərini kreditlə almaq istəyənlər üçün də şərtlər əlverişlidir: İlkin ödəniş 40%, illik faiz dərəcəsi 12%, kredit müddəti isə 60 aydır.

Siz də dinamik performansa malik “Mazda” avtomobillərini indi alın, xüsusi kampaniyadan yararlanın! 

“Mazda” avtomobilləri eleqant görünüşü ilə seçilir və Kodo dizayn fəlsəfəsi (Hərəkətin ruhu) ilə hazırlanır. Bu dinamik, cazibədar və güclü dizaynı təbiətin hərəkətliliyindən ilhamlanıb və hətta avtomobil sabit durduqda belə hərəkət təəssüratı yaradır.

İncə, harmonik interyer dizaynı özündə təmiz, axıcı görünüşü və intuitiv idarəetməni birləşdirib. Sürücüyə lazım olan hər şey əlinin altında, rahatlıqla çata biləcəyi yerlərdə yerləşdirilib.

“Mazda avtomobillərini fərqləndirən digər xüsusiyyət isə SKYACTIV texnologiyasının tətbiqidir. Belə ki, bu texnologiya yanacağa qənaət edərək avtomobillərin gücünü, məhsuldarlığını qoruyaraq tullantıların aşağı miqdarını təmin edə bilir. Həmçinin yeni transmissiyalar və yüngülçəkili konstruksiya “Mazda modellərinin həm idman avtomobili, həm də komfortlu, yüksək sinfə aid avtomobil olduğunu göstərir. 

Avtomobillərlə bağlı bütün məlumatlarla www.mazda.az saytından tanış ola bilərsiniz. 

Daha ətraflı məlumat üçün:

+994 12 349 01 00

Ünvan: Bakı-Sumqayıt şosesi, 6-cı km.