“MDB ölkələrinə güclü ordular lazımdır”

mdb-olkelerine-guclu-ordular-lazimdir
Oxunma sayı: 2838

“Dünyada mövcud hərbi-siyasi vəziyyət Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələri müxtəlif təhlükələrə operativ reaksiya verməyə və güclü orduya malik olmağa məcbur edir”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Eyni zamanda, o əlavə edib ki, silahlı qüvvələr yaranan çağırışlara və təhlükələrə adekvat cavab verməyə hazır olmalıdır:

“Dünyadakı mövcud hərbi-siyasi vəziyyət bunu məcbur edir”.

Həmçinin, Şoyqu əlavə edib ki, sentyabrın 29-da Rusiya və onun xarici tərəfdaşları Böyük Vətən Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün birgə hazırlıqlara başlayacaqlar.