Məhkəmə sədri işdən çıxarılıb hakim təyin edildi

mehkeme-sedri-isden-cixarilib-hakim-teyin-edildi
Oxunma sayı: 8994

Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” qərarda əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynzadə Afiq Hüseyn oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

Xəbəri rus dilində oxuyun: Виновник смертельного ДТП получил семилетний срок

Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Zaur Mirzə