ABŞ Prezidenti Donald Trampın administrasiyası Meksika ərazisində narkotik kartellərinə qarşı mümkün hərbi əməliyyat üçün hazırlıq işlərinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məlumata görə, əməliyyat çərçivəsində ABŞ hərbçiləri və kəşfiyyat əməkdaşlarının Meksika ərazisinə yerləşdirilməsi planlaşdırılır.
Bildirilir ki, hazırlıq mərhələsinin ilkin addımları artıq başlanıb.
Son xəbərlər
Son Xəbərlər