Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayonu 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü Ə.H fevralın 9-u saat 10:30 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Yeniyetmənin anası qızının fotosunu polisə təqdim edib.
Xəbəri rus dilində oxuyun: Джаваншир Гулиев будет прооперирован
Faktla bağlı araşdırma aparılır.
***
Binəqədi rayon 3 saylı orta məktəbdən "Qafqazinfo"ya bildirilib ki, itkin düşmüş qız artıq tapılıb. Onun rəfiqəsigildə qalması məlum olub və ailəsinə bu barədə məlumat verib: "8-ci sinif şagirdi olan Ə.H hazırda məktəbdə adi qaydada dərslərinə davam edir".