Meşə fondu torpaqlarında 430 mindən artıq ağac əkilib

mese-fondu-torpaqlarinda-430-minden-artiq-agac-ekilib
Oxunma sayı: 812

Son bir ay ərzində ölkənin meşə fondu torpaqlarında 430 mindən artıq ağac əkilib.

“Qafqazinfo” xəbər verir ki, payız ağac əkini mövsümü başlayandan Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılır, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

Payız əkin planına uyğun olaraq ölkə ərazisinin meşə fondu torpaqlarında bugünədək ümumilikdə 433 min göyrüş, ağcaqayın, fıstıq, akasiya, qovaq, vələs və digər müxtəlif cinsli ağac tingləri əkilib, 12 tondan artıq toxum səpilib.

Qeyd edək ki, əkində istifadə olunan ağac tingləri Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.