Meşədə ağacın altında qalıb öldü

mesede-agacin-altinda-qalib-oldu
Oxunma sayı: 3385

Bu gün saat 12 radələrində Oğuzda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Xalxal kəndində Qəbələ rayonu Abrıx kənd sakini 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev kəsilən ağacın altında qalıb.

Meşəlik ərazidə baş verən hadisə nəticəsində 34 yaşlı kişi yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.