Məşhur italiyalı aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq üçün müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın qızı, müğənni Naike Rivelli sosial şəbəkə hesabında paylaşım edib.
O bu addımı özlərini həqiqətən də evdə hiss etmək arzusu ilə izah edib:
“Bizim Rusiya köklərimiz var, biz öz mənşəyimizdən, ailəmizdən və dostlarımızdan imtina edə bilmərik”.
Müğənni həmçinin anası ilə birlikdə Moskvada və ya Sankt-Peterburqda ev almaq niyyətində olduqlarını açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər