Məşhur filmlərin prodüseri dünyasını dəyişdi

meshur-filmlerin-produseri-dunyasini-deyisdi
Oxunma sayı: 1349

“Şindlerin siyahısı” və “Qladiator” filmlərinə görə “Oskar” mükafatı alan prodüser Branko Lustiq dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prodüser Zaqrebdə 87 yaşında vəfat edib. Onun ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Branko 100-dək filmin rejissoru və prodüseridir. İkinci dünya müharibəsi zamanı yəhudiəsilli olduğu üçün əsir düşərgəsinə düşən Lustiq qohumlarının çoxunu itirib. “Şindlerin siyahısı” filmi də onun xatirələri əsasında çəkilib.