Məşhur malikanəni restoran etdilər - Fotolar

meshur-malikaneni-restoran-etdiler
Oxunma sayı: 4824

Türk filmlərinin məşhur malikanəsi olan “Darcan Köşkü”ndə bərpa işləri aparılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, II Əbdülhəmidin Osmanlı ziyalılarından Hayrəddin bəyə hədiyyə etdiyi, bir çox filmlərin çəkilişləri üçün icarəyə götürdüyü “Darcan Köşkü” artıq restoran kimi fəaliyyət göstərəcək. 

Belə ki, 19-cu əsr yaşayış binalarının əhəmiyyətli nümunələrindən sayılan malikanədə 1970-1980-ci illərdə “Süt Kardeşler”, “Tosun Paşa”, “Kanlı Nigar”, “Orta Direk Şaban”, “Şabanoğlu Şaban”, “Kol Kralı”, “Neşeli Günler” və “Aşk filmlerinin unutulmaz yönetmeninden” filmləri çəkilib. Arnavut Hayrəddin Bəy malikanəsi olaraq da tanınan və Yeşilköydə yerləşən bu tarixi tikilinin təmiri 2 il çəkib. 

Məlumata görə, malikanə orijinal tarixi və mədəni keyfiyyətləri qorunaraq bərpa edilib.

Osmanlı ziyalılarından olan Hayrəddin bəyin ölümündən sonra bura onun oğlu Mehmed Sami bəyə miras qalıb. Onun həyat yoldaşı Nimet Hanım malikanəni dövrün məşhur prodüser şirkəti “Arzu Film”ə icarəyə verib.