Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

meshur-mugenni-teyyareye-gecikdi-qizinin-toyuna-gede-bilmedi
Oxunma sayı: 826

Məşhur türkiyəli müğənni Ümit Besenin qızı Ezgi Besen Ədirnədə keçirilən mərasimlə ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, lakin sənətçi qızının toyunda iştirak edə bilməyib.

“Nikah Masası” və “Okul Yolu” kimi mahnıları ilə tanınan Ümit Besenin qızı Ezgi Besen ədirnəli vəkil Yüksel Görkem Erbeklə evlənib.

Cütlük Ədirnənin Sarayiçi ərazisində yerləşən Ağa Köşkündə keçirilən mərasimdə nikah masasına əyləşib. Toydan görüntülər sosial mediada paylaşılıb.

Ümit Besen ötən həftə İstanbulda qohumları üçün təşkil olunan yaxta mərasimində qızı və kürəkəni ilə birlikdə olub. Lakin sənətçi Bodrumda konsert verdikdən sonra Ədirnəyə getmək üçün nəzərdə tutulan uçuşunu qaçırıb. Nəticədə qızının toy mərasimində iştirak edə bilməyib.

İctimaiyyətin diqqətindən uzaq həyat sürən Ümit Besenin iki qızı var. Onun digər qızı Melis Besen Doğruer də atası ilə birlikdə ifa etdiyi duetlərlə tanınır.