Türkiyənin məşhur “Kim Milyoner Olmak İster?” verilişinin yeni mövsüm anonsu yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, anonsda qazanılacaq ən yüksək məbləğin əvvəlkindən 5 dəfə çox olacağı bildirilib.
Belə ki, 13 suala doğru cavab verə biləcək iştirakçı 5 milyon TL (315 472 AZN) qazanacaq.
Xatırladaq ki, ötən həftə Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı 1 milyon TL dəyərində olan 12-ci sualı cavablandırıb və sözügedən məbləği qazanıb.