Meyiti yaşadığı evin həyətindən tapıldı

meyiti-yasadigi-evin-heyetinden-tapildi
Oxunma sayı: 598

Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev