Millət vəkili Azərbaycan SSR-nin himninin bərpasnı tələb etdi

millet-vekili-azerbaycan-ssr-nin-himninin-berpasni-teleb-etdi
Oxunma sayı: 1602

Bildiyimiz kimi, müstəqil dövlətin əsas atributlarından biri də onun himnidir. Bugünkü düvlət himnimizin müəllifi Üzeyir bəy Hacibəylidir. Deməli, Üzeyir bəyin də bugünkü müstəqilliyimizdə özünəməxsus yeri var və o da ən yuksək hörmətə və diqqətə layiq olunası bir şəxsiyyətdir. Məlumdur ki, Azərbaycan respublikasınin dövlət himninin mətni ayri-ayri dövrlərdə, ayrı-ayrı şəxslər tərəfindən müxtəlif tənqidlərə, iradlara məruz qalsa da, musiqisi əksinə, bütün zaman və dövrlərdə həmişə yüksək qiymətləndirilib, bu günün özündə belə, bu möhtəşəm musiqi öz yüksək dəyərini saxlamaqdadır. Himnimiz səslənən zaman hər bir azərbaycanlı xüsusi bir qürur hissi və coşğu yaşayır. Ona görə də Üzeyir bəyin bu xidməti xalqımiz və dövlətimiz tərəfindən həmişə yüksək dəyərini tapib və qiymətləndirilib. 1995-ci ildə Üzeyir bəyin anadan olmasının 110 illiyi münasibətilə milli lider Heydər Əliyevin imzaladiğı sərəncama əsasən hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. 2010-cu ildə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Üzeyir bəyin 125 illik yubileyi ölkədə və xaricdə geniş şəkildə qeyd olundu. Bu münasibətlə böyök bəstəkarın Avropanın musiqi beşiyi sayılan Vyanada abidəsi ucaldıldi, əsərləri səhnələşdirildi. Artiq bir necə ildir ki, dahi bəstəkarın şərəfinə musiqi festivalları kecirilir. Ağcabədi şəhərində Üzeyir bəyin adınıi daşıyan Muğam mərkəzi acılıb, həmcinin abidəsi qoyulubdur.

Hörmətli deputatlar!
Hər birimiz ücün əziz olan bu gündə mən bir təkliflə cixiş etmək istərdim. Lakin bu təklifi səsləndirmədən əvvəl zəruri bir haşiyəyə cixmaq istərdim. Bildiyimiz kimi kecmiş sovetlər dönəmində Rusiya Federasiyasi istisna olmaqla, yerdə qalan 14 respublikanın hər birinin dövlət himni olmuşdur. Sovetlər birliyi dağıldiqdan sonra isə Rusiya dövləti Qlinkanın “Vətənpərvərlər mahnısı”nı özünə dövlət himni kimi qəbul elədi. Ancaq bir qədər sonra –yəni 2000-ci ildə prezident Putin ictimaiyyətin və ziyalıların coxsaylı müraciətini nəzərə alib Aleksandrov və Mixalkovun müəllifi olduğu Sovet İttifaqının himnini Rusiya dövlətinin himni kimi qəbul edilməsi barədə fərman imzaladı. Və Sergey Mixalkov himnin sözlərini artiq 3-cü dəfə dəyişdi və kecmiş SSRİ-nin himni Rusiya Federasiyasının yeni dövlət atributuna cevrildi. Bu Rusiya xalqının və hakimiyyətinin təkcə böyük bəstəkar və şairə göstərdiyi ehtiram deyildi, bu həm də layiqli sənətə, böyük musiqiyə nümayiş olunan bir diqqətin göstəricisi idi. Cünki bir coxları, hətta ən qatı imperiya əleyhdarları belə etiraf edirdi ki, kecmiş SSRİ-nin himni həqiqətən də möhtəşəm bir musiqi nümunəsi idi. Və məhz bu möhtəşəm və gözəlliyinə görə də rus xalqi həmin himni bərpa edib ona ikinci nəfəs verdi.

Hörmətli deputatlar!
Bildiyiniz kimi 1944-cü ildən 91-ci ilə qədər Azərbaycan SSR-nin də himni mövcud olub. Lakin təssüflər olsun ki, musiqisi Üzeyir Hacibəyliyə, mətni Süleyman Rüstəm və Səməd Vurğuna aid olan bu, sözün əsl mənasında, möhtəşəm musiqi əsəri uzun illərdir ki, unudularaq arxivin bir küncünə atilıb. Mən hesab edirəm ki, dövrün, sistemin dəyişməsində musiqinin hec bir günahi yoxdur. Bu yaxinlarda mən internet vasitəsiylə kecmiş sovetlər birliyinə daxil olan respublikaların hamısının dövlət himnlərinə bir daha qulaq asdim. Tam məsuliyyətlə demək olar ki, kecmiş SSRİ-inin himni istisna olmaqla, hec bir respublikanın, nə sovetlər dönəmindəki, nə də hazırkı himni Üzeyir bəyin müəllifi olduğu Azərbaycan SSR-in himni ilə müqayisə oluna bilməz. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradicilarindan olan dahi bəstəkar Üzeyir bəyin ruhuna və şəxsiyyətinə ehtiram əlaməti olaraq Azərbaycan SSR-nin himni Baki şəhərinin himni və ya marşı kimi qəbul olunsun. Bunu zəruri edən bir sıra amillər də mövcuddur. Belə ki, hər ay paytaxt Bakıda onlarla müxtəlif səpgili beynəlxalq cempionatlar, festivallar, simpoziumlar, tədbirlər kecirilir. Və gəlin razilaşaq ki, bu tədbirlərin format və çəkisinə görə, acılışlarda hec də həmişə Azərbaycan dövlət himninin səsləndirilməsi yerinə düşmür. Cünki dövlət himnimiz kifayət qədər sanballı və agır əsərdir. Onu hər tədbirdə səslərdirmək alınmır. Amma Üzeyir bəyin Azərbaycan SSR-i ücün yazdığı himn kifayət qədər ritmik və lakonikdir. Onun kifayət qədər dinamik, o cümlədən də təbillə müşayiət olunması musiqidə qəbul olunmuş marş standartlarına uyğun gəldiyinə görə biz bu musiqi parcasını həm də “Paytaxt marşı” kimi də qəbul edə bilərik. Mən də razıyam ki, kecmiş himnin sözləri kifayət qədər bəsitdir və bu günümüzlə ayaqlaşmır. Cünki hamimiz yaxşi bilirik ki, müəlliflər- böyük şairlərimiz Səməd Vufğun və Süleyman Rüstəm bunu zamanin diqtəsi ilə 1944-cü ildə yazıb. Lakin biz bu əsəri Paytaxt marşı kimi qəbul edəsi olsaq, onda hec bir mətnə də ehtiyac qalmayacaq. Digər tərəfdən, hətta peşəkarlar da etiraf edir ki, bu himn mətnsiz-yəni “minus variant”da daha gözəl səslənir.

Hörmətli həmkarlar, paytaxtımız ücün marşın qəbul olunmasını zəruri edən amillərdən biri də beynəlxalq təcrübədir. Bu gün tək Amerika və ya Avropa deyil, elə qonşumuz Rusiyada belə bütün iri şəhərlərin özünəməxsus gerbi, bayrağı, himni və ya marşı vardır. Elə isə nədən günü-gündən gözəlləşən, abadlaşan, dünyanın ən böyük və ən gözəl meqapolislərindən birinə cevrilən Bakımızda bütün bunlar olmasın. Hesab edirəm ki, əgər biz Azərbaycan SSR-nin himnini bərpa edib, ona ikinci həyat, ikinci nəfəs verərək onu Bakımızın marşı kimi qəbul etsək onda bu tək paytaxtımiz və onun sakinləri ücün deyil, həm də dahi Üzeyir bəyin əziz xatirəsinə bir hədiyyə bəxş etmiş olardıq. Hörmətli deputatlar. “Bakının statusu haqqında qanun” barədə müxtəlif zamanlarda bir sıra söhbətlər olsa da onun hazirlanıb Milli Məclisin müzakirəsinə təqdimatı hələ də ləngiyir. Mən təklif edərdim ki, əgər bu qanun lahiyəsi yaxin zamanlarda müzakirəyə cıxarilacaqsa, Bakinin himni və ya marşi, o cümlədən də gerbi və bayrağı məsələsi də bu qanun layihəsində öz əksini tapsin. Digər tərəfdən də hesab edirəm ki, bu məsələ ümümrespublika əhəmiyyəti daşımadığına görə biz cadəcə Nazirlər kabineti və ya BakI şəhər icra hakimiyyəti qarşısında da bu təkliflə cixiş edə bilərik və onlar da öz növbəsində ölkə prezidentinə müraciət edə bilərlər.

Diqqətinizə görə təşəkkür edirəm!”