İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək məqsədilə təlim keçirilib

ikiillik-seffafliq-hesabatinin-hazirlanmasina-destek-meqsedile-telim-kecirilib
Oxunma sayı: 1120

Azərbaycanın COP29 sədrliyi çərçivəsində Bakıda BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ekspertləri tərəfindən Paris sazişinə uyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olan İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasına dəstək məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 Baş danışıqçısı Yalçın Rəfiyev tədbirin açılış mərasimində çıxış edərək tərəf dövlətlərin, o cümlədən Azərbaycanın BTR-ları təqdim etməsinin COP29 sədrliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bununla əlaqədar o, ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda Azərbaycanın BTR-nın hazırlanmasına töhfə verməyə çağırıb.

İki günlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-in əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar, eləcə də BTR-ların hazırlanması prosesində yeni elektron proqram təminatından istifadə ilə bağlı iştirakçılara məlumat veriblər.