Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır

britaniya-rusiyanin-herbi-attasesini-olkeden-cixarir
Oxunma sayı: 1258

Böyük Britaniya Rusiyanın ölkədəki hərbi attaşesi Maksim Yeloviki ölkədən çıxarmaq barədə qərar qəbul edib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı parlamentdə çıxışı zamanı Britaniyanın daxili işlər naziri Ceyms Kleverli açıqlayıb. 

“Biz hərbi kəşfiyyatın məxfi zabiti olan Rusiyanın hərbi attaşesini ölkədən çıxarırıq”, - deyə Kleverli qeyd edib.